Ərəb Dövlətləri Liqası bazar günü Qahirədə keçirilən toplantıda Suriyadakı vəziyyətlə bağlı qətnamə qəbul edib.
APA-nın “Associated Press”ə istinadən verdiyi xəbərə görə, qətnamədə BMT Təhlükəsizlik Şurası Suriyaya sülhməramlı qüvvələr göndərməyə çağırılır. Liqa Suriyada normal iş şəraiti olmadığından bu ölkədəki müşahidəçilərinin missiyasının bitdiyini də açıqlayıb.