Müəmmar Qəddafinin oğlu Səəd Nigerdə həbs edilib.
SalamNews-un İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, keçmiş diktatorun oğlu Liviya və Niger hökumətlərinin birgə səyləri nəticəsində yaxalanıb. Daha öncə Niger tərəfi Səədi Liviyaya təhvil verməkdən dəfələrlə imtina edib. Buna səbəb isə onun barəsində ədalətli hökmün çıxarılmayacağına dair şübhələr olub.
Bu dəfə də keçmiş diktatorun oğlu Liviyaya qaytarılmayacaq. "Bizim mövqe dəyişməyib. Səəd Qəddafi Liviyaya yalnız onun ədalətli məhkəmə qarşısında cavab verəcəyinə dair bizdə inam yaranacağı təqdirdə təhvil veriləcək", - Niger hökumətinin rəsmi nümayəndəsi Maru Amadu bəyan edib.
Qeyd edək ki, həbs edilməzdən öncə Səəd Qəddafi "Əl-Ərəbiyə" telekanalına müsahibə verib. O bildirib ki, Liviyada yeni hakimiyyətə qarşı üsyan dalğası qaçılmazdı.