Suriyanın Homs şəhəri yaxınlığında qaçırılmış 7 iranlı mühəndis azadlığa buraxılıb.
Bildirək ki, “Cəndar” elektik stansiyasının tikintisində çalışan 5 iranlı mühəndis 2011-ci il dekabrın 20-də qaçırılıb. Növbəti gün isə, həmkarlarının axtarışına çıxmış daha 2 İran vətəndaşı da müxalif qruplaşmalar tərəfindən oğurlanıb.
SalamNews-un ''MehrNews''a istinadən verdiyi xəbərə görə, həmin vaxt qruplaşma üzvləri həmin şəxslərin İranı İslam inqilabı mühafizəçiləri korpusunun üzvləri olduğunu və ölkədəki silahlı qiyamı yatırmaqda Suriya ordusuna ordusuna kömək etdiklərini bəyan ediblər.
Xatırladaq ki, Suiyada 2011-ci ildə baş qaldıran hökumət əleyhinə nümayişlər bitmək bilmir. BMT-nin məlumatına görə, nümayişlər başlayandan bu yana 6 min nəfər toqquşmaların qurbanı olub. Suriya hökuməti isə, 2 min hərbçi və hüquq-mühafizə orqanı əməkdaşlarının həlak olduğunu iddia edir.