Fələstin Baş naziri İsmail Xaniyə başda olmaqla geniş nümayəndə heyəti dünən Tehrana gəlib.
SalamNews IribNews saytına istinadən xəbər verir ki, İsmail Haniyə ikigünlük səfəri zamanı İran hakim dairələrinin nümayəndələri - prezident Mahmud Əhmədinedjat, İranın Ali dini lideri ayatulla Xameneyi, xarici işlər naziri Əli Əkbər Salehi və Milli Təhlükəsizlik Ali Şurasının katibi Səid Cəlili ilə görüşəcək. Görüş zamanı regional və beynəlxalq məsələlər müzakirə ediləcək.