Sudan və Cənubi Sudan dünən Afrika İttifaqının vasitəçiliyi ilə hücum etməmək haqqında müqavilə imzalayıblar. Bu barədə bu gün iki dövlət arasındakı münaqişənin həllində iştirak edən CAR-ın keçmiş prezidenti Tabo Mbeki məlumat verib.
SalamNews ITAR-TASS agentliyinə istinadən bildirir ki, müqavilə istənilən hərbi toqquşmanın yolverilməz olduğuna yönəlib və hər iki dövlət arasında müharibəyə son qoymaq məqsədi daşıyır.
Keçən həftə isə Sudan respublikası prezidenti Ömər əl-Bəşir, "Sudan və Cənubi Sudan arasında müharibə yaranması ehtimalı varmı" sualına belə cavab verib: "Belə bir ehtimal var. Biz sülh istəyirik, ancaq lazım gələrsə, müharibə etməyə də hazırıq".