Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan ötən il noyabrın 26-da keçirdiyi əməliyyatdan sonra dünən axşam ikinci dəfə əməliyyat keçirib.
SalamNews-un "Habertürk"ə istinadla verdiyi xəbərə görə, cümə axşamı günü keçirilməsi planlaşdırılan əməliyyat MKİ əməkdaşları ilə bağlı yaşanan hadisələrlə bağlı Baş nazir Ərdoğan tərəfindən bir gün təxirə salınıb. Əməliyyatından sonra Ərdoğanın sağlamlıq vəziyyətinin yaxşı olduğu xəbər verilir.
Baş nazirin şənbə, bazar və bazar ertəsi gününə qədər olan görüşləri və bazar ertəsi günü keçirilməsi planlaşdırılan Nazirlər Kabineti iclasının təxirə salındığı bildirilir.