Suriyalı jurnalist-stringer, "The Guardian" və "Die Welt" qəzetlərinin, CNN və "Əl Cəzirə" telekanallarının əməkdaşı Mazar Tayyara dünən Homs şəhərində öldürülüb.
SalamNews "lenta.ru" saytına istinadən xəbər verir ki, jurnalist top mərmisinin partlaması zamanı dünyasını dəyişib: qəlpələr onun başını, qarın nahiyəsini və ayaqlarını yaralayıb. Həkimlər M.Tayyaranı xilas edə bilməyiblər.
Jurnalist Qərb KİV üçün videosüjetlər çəkib və telefon vasitəsilə ölkədə baş verən hadisələr barədə Qərb mətbuatına məlumat verib.
Tayyara bu il Suriyada həlak olan artıq beşinci jurnalistdir.