Dünən Rusiya Prezidenti Dmitri Medvedev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub. Rusiya prezidenti türkiyəli nazirə ölkəsinin Suriya ilə bağlı mövqeyini açıqlayıb.
SalamNews-un ''Vesti''yə istinadən verdiyi xəbərə görə, Dmitri Medvedev Rusiyanın mövqeyini bildirərək, xarici müdaxilə olmadan, Suriyanın suvereniyinə hörmətlə yanaşmaq şərti ilə suriyalılar arasında razılığın əldə olunması üçün, BMT TŞ da daxil olmaqla, səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
O, Rusiya və Çinin BMT TŞ-də Suriya ilə bağlı qətnaməyə veto qoymalarını da bununla əlaqəli olduğunu deyib. “Belə bir qətnamə böhrandan dinc yolla çıxmağa imkan verməyəcəkdi”, - Rusiya prezidenti bildirib.
Telefon danışığı zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Kəşfiyyat İdarəsinin rəhbəri Mixail Fradkovun Suriya Prezidenti Bəşər Əsədlə görüşünə də xüsusi yer ayrılıb.