ABŞ-ın pilotsuz təyyarəsinin endirdiyi zərbələr nəticəsində Pakistanda “Əl-Qaidə”nin komandanlarından olan Bədər Mənsur məhv edilib.
SalamNews-un ''İnterfaks''a istinadən verdiyi xəbərə görə, daha öncə pilotsuz uçan cihazın Şimali Vəziristan vilayətində yerləşən Miranşah şəhərinə zərbələr endirdiyi bildirilirib. Hədəf isə, “Taliban” hərəkatının silahlıları olub.
Xatırladaq ki, bu, son 2 gün ərzində ABŞ-ın pilotsuz təyyarələrinin Pakistan ərazisindəki "Taliban" düşərgələrinə zərbə endirməsi ilə bağlı ikinci haldır. Dünən iki təyyarədən endirilmiş zərbələr 10 nəfərin həyatına son qoyub.
ABŞ-ın pilotsuz təyyarələrinin Pakistan ərazisinə zərbələri 2012-ci ilin yanvarından bərpa edilib.