İsrail xarici işlər naziri Aviqdor Liebermanın “erməni soyqırımı” iddialarını rədd edərək, "soyqırım sözü başqa bir faciə üçün istifadə edilə bilməz. Başqa faciə və ya qırğınların soyqırım olaraq tanınmasını qəbul etmirik” sözləri rəsmi İrəvanı yaman qəzəbləndirib.
SalamNews-un “Doğan” agentliyinə istinadla verdiyi xəbərə görə, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan İsraili söz oyununda günahlandırıb.
"Erməni soyqırımı"nın bütün dünya tərəfindən tanındığını iddia edən Nalbandyan deyib: "İsrailin xarici işlər nazirini erməni soyqırımını tanımağa və sözlə oynamaqdan imtina etməyə çağırıram”.