ran ələ keçirdiyi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə məxsus “RQ-170” tipli pilotsuz casus təyyarəsini nümayişə çıxaracaq.
APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, təyyarə İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) Hava-Kosmik Qüvvələri tərəfindən təmir edilərək işlək vəziyyətə gətirilib. Təyyarə fevralın 11-də 1979-cu il İran İslam İnqilabının 33-cü ildönümü münasibətilə keçiriləcək hərbi paradda nümayiş olunacaq.
Xatırladaq ki, ötən il dekabrın 4-də İran Silahlı Qüvvələri ölkənin şərqində, Əfqanıstan sərhədindən təxminən 225 km içəridə, Kaşmar şəhəri yaxınlığında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə məxsus “RQ-170” tipli pilotsuz casus təyyarəsini ələ keçirib. Bir müddət sonra İran dövlət televiziyası təyyarənin videogörüntüsünü nümayiş etdirib. ABŞ prezidenti Barak Obama İrandan təyyarəni geri qaytarmağı tələb edib.