Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Nejdət Özəlin Azərbaycana səfəri başa çatıb
APA-nın məlumatına görə, N. Özəli bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev, Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıc və hərbi attaşesi Yücel Karauz yola salıblar.
Qeyd edək ki, N. Özəl fevralın 6-dan başlamış səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, müdafiə naziri Səfər Əbiyev, baş nazir Artur Rəsizadə, Milli Məclisin sədri Oqtay Əsədov, daxili işlər naziri Ramil Usubov, Daxili Qoşunların komandanı Zakir Həsənovla görüşlər keçirib.