Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Məhəmməd peğəmbərin (s) və İmam Cəfər Sadiq (ə) mövlud günü münasibətilə tədbir keçiriləcək.
Bu barədə SalamNews-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının sədri Hacı Mirəziz Seyidzadə məlumat verib.
O deyib ki, bu günlər İslam dünyasında ən gözəl günlərdən sayılır. Çünki mövlud bayramı bütün əməli salehliyə, xoşxasiyyətliliyə, gözəl əxlaqa çağırır.
M.Seyidzadə, həmçinin, QMİ-nin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə başda olmaqla bütün dünya müsəlmanlarını, o cümlədən Azərbaycan xalqını mövlud günü münasibətilə təbrik edib.