Suriya Prezidenti Bəşər Əsədin Rusiya xarici işlər naziri Sergey Lavrov və Xarici Kəşfiyyat Xidmətinin direktoru Mixail Fradkovla Dəməşqdə keçirdiyi görüşün nəticəsi olaraq, dövlət başçısı Moskvaya rəsmi nüməyəndə heyəti göndərməyə hazırdır.
SalamNews "Vesti" saytına istinadən xəbər verir ki, Bəşər Əsəd dəstəyə görə Rusiyaya təşəkkürünü bildirib. Bu haqda Rusiya XİN-in bəyanatında deyilir.