“Azərbaycan İranla bağlı məsələdə neytral mövqe nümayiş etdirməlidir. Verilən hər bir açıqlama, xüsusilə İranın maraqlarına toxunan bəyanat Azərbaycan maraqları prizmasından dəyərləndirilməlidir”.
Bu fikirləri SalamNews”‑a Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev parlamentdə Azərbaycanın adının dəyişdirilməsi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.
VİP sədri bildirib ki, bu uğursuz zaman seçimidir: “İran hazırda təklənir, təcrid olunur. Mən istəməzdəm ki, buradan verilən bəyanatlarla Azərbaycan Küveytin halına salınsın. Azərbaycanı hərbi poliqona çevirmək məsuliyyətsizlikdir. Bu kimi proseslər Azərbaycanı xoşagəlməz vəziyyətə sürükləyə bilər və Azərbaycan dövlətçiliyi üçün çox böyük təhlükələr yaradar”.