Suriyanın hökumət ordusu Homs şəhərində ən azı 20 dinc sakini qətlə yetirib. SalamNews-un Reuters-ə istinadən verdiyi xəbərə görə, bu barədə Suriyanın insan hüquqlarının müdafiəsi təşkilatı məlumat yayıb.
Qərb mediasının bildirdiyinə görə, bu gün Homs şəhərində dinc sakinlərə hücum edilib. Prezident Bəşər Əsədə sadiq əsgərlər bir ailənin evinə daxil olaraq evin sahibini, onun həyat yoldaşını və 3 uşağını qətlə yetiriblər. Bundan öncə də oxşar iki hücum həyata keçirilib. Nəticədə ən azı 15 nəfər qətlə yetirilib.
Suriya hakimiyyəti bu xəbərlərə şərh verməyib.