Azərbaycan prezidenti İlham Əliyev İslam Konfransı Təşkilatının Dakarda keçiriləcək sammitinə dəvət olunub. Bu barədə jurnalistlərə Seneqal prezidentinin İcra Aparatının rəhbəri Abdoulaye Balde məlumat verib.
Onun sözlərinə görə, sammit üç mərhələdən ibarət olaraq keçiriləcək. Sammit çərçivəsində martın 9-10-da ekspertlərin görüşü, martın 11-12-də İslam Konfransı Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin görüşü, martın 13-14-də isə İƏT dövlət başçısının görüşü keçiriləcək. Konfransın müzakirə mövzuları arasında Avropada islamofobiya problemi, Fələstində vəziyyət, İƏT ölkələri arasında əməkdaşlığın genişləndirilməsi və başqa məsələlər var.