Suriyadan səfirlərini geri çağıran Qərb və İran körfəzi ölkələrinin məntiqi Rusiya üçün aydın deyil.
SalamNews RIA "Novosti" saytına istinadən xəbər verir ki, belə bir bəyanatla Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edib.
"Ərəb Dövlətləri Liqası müşahidəçilərinin fəaliyyətini dondurmaq məsələsində olduğu kimi, bu məsələnin də məntiqi Rusiya üçün qaranlıqdır", - Lavrov jurnalistlərə müsahibəsində bildirib.