Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, ABŞ-ın dövlət katibi Hillari Klintonun dəvəti ilə bu gün Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə gedəcək.
SalamNews-un “Cihan”a istinadla verdiyi xəbərə görə, səfər zamanı Davudoğlunun Hillari Klinton və ABŞ-ın milli təhlükəsizlik işləri üzrə məsləhətçisi Tomas Donilon ilə görüşləri nəzərdə tutulur. Türkiyəli nazir ABŞ Konqresində də bəzi rəsmilər ilə görüşəcək.
Səfər çərçivəsində iki ölkə arasındakı ikitərəfli əlaqələr müzakirə ediləcək, regional və qlobal mövzularda fikir mübadiləsi aparılacaq.
Səfər fevralın 14-də başa çatacaq.