Bu gün Fransa və İspaniya Suriyadakı səfirlərini məsləhətləşmələr aparmaq üçün geri çağırıb.
SalamNews "İnterfaks" saytına istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyində bildirilib ki, bu hərəkət yerli sakinlərə tətbiq edilən şiddətə cavabdır.
Daha əvvəl ABŞ, İtaliya, Belçika, B.Britaniya da səfirlərini geri çağırıb.
Suriyada artıq 10 aydır hökumət əleyhinə nümayişlər səngimir. Həm güc strukturlarından, həm də yerli sakinlərdən hər gün onlarla insan dünyasını dəyişir.