Fransanın Strasburq şəhərində ölkədə ilk dəfə müsəlman qəbiristanlığı istifadəyə verilib. Şəhərin sosialist bələdiyyə sədri Roland Ries bu addımı tolerantlıq ənənəsinin rəmzi kimi gördüklərini deyib. “Əgər fərqli dinin mənsubları bu şəhərdə öz evlərində olmanın rahatlığını yaşamaq istəyirlərsə biz də onlar üçün ibadət və qəbiristanlııq yerinin tədarükündə yardımçı olmalıyıq”.
Fransa İslam şurasının sədri Muhamməd Mussavi Fransada bələdiyyənin müsəlmanlar üçün qəbiristanlıq xidmətinin tarixi bir addım olduğunu, buna görə razı qaldıqlarını və analoji addımın digər şəhərlərdə də atılmasını arzuladıqlarını deyib.
Xatırladaq ki, Fransada 1915-ci ildə qəbul edilən “Dünyəvilik” (Laïcité) qanununa görə bələdiyə və s. inzibati qurumların dini xidmətlər göstərməsi qadağan olunub. Əsasən türk miqrantların yaşadığı və Strasburq şəhərinin də yerləşdiyi Elzas əyalətində isə bu qanunun qüvvəsi yoxdur.