“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyi Xocalı soyqırımının 20 illiyi ərəfəsində bu faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində bir sıra ölkələrdə tədbirlər keçirəcək.
Bu barədə SalamNews-a İctimai Birliyin rəhbəri Bayram Səfərov bildirib.
Onun sözlərinə görə, fevralın 20-dən sonra nümayəndə heyəti Almaniya, Belçika və digər Avropa ölkələrində Xocalı faciəsinin ildönümü ilə əlaqədar tədbirlər təşkil edəcəklər. Hazırlıq işlərinə başlanılıb və bu, fəaliyyət göstərən diaspora təşkilatları və səfirliklərimizin dəstəyi ilə həyata keçiriləcək.
İcma rəhbəri bildirib ki, bu tədbirlərdə Xocalı sakinləri, xüsusən də o zaman əsir düşmüş şəxslər və gənclər iştirak edəcəklər. Xocalı soyqırımı haqqında bu faciənin qurbanları beynəlxalq ictimaiyyətə məlumat verəcəklər. İcma fevralın 28-də Brüsselrə Xacalı soyqırımı ilə bağlı tədbirlərini davam etdirəcək.