Suriyanın şimal-şərqində fərarilər hökumət ordusuna məxsus nəzarət-buraxılış məntəqəsinə hücum ediblər. SalamNews lenta.ru saytına istinadən xəbər verir ki, bu barədə "Syrian Observatory for Human Rights" hüquq müdafiəsi təşkilatının nümayəndəsi bildirib
İdlib əyalətindəki nəzarət-buraxılış məntəqəsinə hücum nəticəsində 3 hərbçi öldürülüb, 19-u isə əsir götürülüb. Məntəqə tamamilə dağıdılıb. "Syrian Observatory for Human Rights" bildirib ki, hücum edənlər arasında ölən və yaralanan yoxdur.