“Biz öz ərazilərindən düşmənlərimizin İrana hücum etməsinə icazə verən ölkələrə hərbi müdaxilə edəcəyik”.
APA-nın məlumatına görə, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) yüksək rütbəli nümayəndəsi, general Hüseyn Salami deyib. O bildirib ki, İrana qarşı hərbi əməliyyatlar keçirmək üçün düşmənlər tərəfindən istifadə edilən bütün ərazilər ölkənin silahlı qüvvələrinin davamlı hücumlarına məruz qalacaq.