Pakistan hərbçilərinin Reşavər bölgəsində “Əl-Qaidə” təşkilatının yaraqlılarına qarşı keçirdikləri əməliyyat zamanı 1-i azərbaycanlı olmaqla 6 nəfər öldürülüb. APA-nın xəbərinə görə, bu barədə “Kurram” agentliyi məlumat yayıb.
Agentlik öldürülmüş azərbaycanlının üzərindəki sənədin fotosunu da yayınlayıb. Sənəddən bəlli olub ki, Pakistan hərbçiləri tərəfindən öldürülmüş “Əl Qaidə” silahlısı Azərbaycan vətəndaşı, Sumqayıt şəhər sakini Zaur Aslanovdur.
Sənəddən göründüyü qədər 1981-ci il sentyabr ayının 25-də Sumqayıtda doğulmuş Z.Aslanovun silahlı qrupun aparıcı komandirlərindən olduğu bildirilib.