İran dəniz sahil mühafizəçiləri Fars körfəzində Səudiyyə Ərəbistanına məxsus gəmini saxlayıblar.
APA-nın məlumatına görə, gəmi İranın su akvatoriyasında, Buşəhr şəhərinin yaxınlığında saxlanılıb. Gəminin göyərtisində 4 nəfər balıqçı olub. Onlar İran dəniz sahil mühafizəçiləri tərəfindən həbs olunub. Hazırda həmin balıqçıları İranın su sərhədini pozduqlarına görə cəza gözləyir.