İraq öz maraqlarını əsas götürərək, İrana qarşı sanksiyaları dəstəkləmir.
SalamNews-un ''FarsNews''a istinadən verdiyi xəbərə görə, bu barədə İraq hökumətinin rəsmi nümayəndəsi Əli Əl-Dəbbah bildirib. Onun sözlərinə görə, bu sanksiyalar İraq iqtisadiyyatına əhəmiyyətli zərər vurub.
“İraq İrana qarşı birtərəfli sanksiyaları dəstəkləməyi mümkün hesab etmir. Ölkələrimiz arasında sıx iqtisadi əlaqələr, xüsusilə də, özəl sektorda maliyyə əməkdaşlığı mövcuddur. İran İraqa ərzaq, yanacaq və digər məhsulların daşınması üzrə əsas tədarükçülərdən biridir. İki ölkə arasında mal dövriyyəsinin həcmi bir neçə milyon dollar təşkil edir. Yaxın zamanlarda sanksiyaları yerinə yetirmək imkanında olmayan İraqı istisna etməklə bağlı ABŞ-a xahiş məktubu göndəriləcək”, - Əli Əl-Dəbbah deyib.