"Əl-Əhli" klubununun prezidenti Hassan Həmdi komandasının Misir çempionatında çıxışını dayandırdığını açıqlayıb.
SalamNews xəbər verir ki, klub prezidenti deyib: "Vəfat edən insanlara görə biz çox pis olmuşuq. Hazırda ölkə idmanında və bizim klubda baş verənlər əsl bədbətxçilikdir. Mən bu hadisələri ölkənin milli qara günü kimi adlandırardım. Çempionatdakı iştirakımızı dayandırmaq qərarına gəlmişik".
Xatırladaq ki, "Əl-Əhli" – "Əl-Masri" oyunundan sonra meydanda azarkeşlər arasında baş verən qarşıdurma zamanı 74 nəfər dünyasını dəyişib.