Səudiyyə Ərəbistanının Şərq vilayətində yaşayan sakinləri hökumətdən siyasi məhbusların azadlığa buraxılmasını tələb edilər. Yüzlərlə insan küçələrə çıxaraq etirazlarını bildirib.
SalamNews Press TV-yə istinadən xəbər verir ki, nümayişçilər Kətif və Avamiyə şəhərlərində küçələrə axışaraq, etirazçılara atəş açan polis işçilərinin cinayət məsuliyyətinə cəlb olunmasını istəyirlər.
Ümumiyyətlə, rəsmi Ər-Riyad 2012-ci ilin əvvəllərindən nümayişçilərə qarşı təzyiqlərini gücləndirib. "Amnesty İnternational" və "Human Rights Watch" təşkilatları hakim rejimi insan hüquqlarını pozmaqda günahlandırır.