“İran uzaqmənzilli raket hazırlayır. Bunda məqsəd hər hansı bir hücum zamanı ABŞ-ın hərbi obyektlərini vurmaqdır. Raketlər 10 min kilometr məsafədəki hədəfləri vurmaq imkanına malik olacaq”.
APA-nın məlumatına görə, bu fikirləri İsrail baş nazirinin müavini Moşe Yalon bildirib. Onun sözlərinə görə, İranın nüvə silahlarının saxlanıldığı ehtimal olunan yeraltı sığınacaqlar kifayət qədər yaxşı qorunmur: “Ona görə də həmin ərazilər mümkün hərbi müdaxilələr qarşısında tab gətirməyəcək. Hətta hücum zamanı İran Silahlı Qüvvələrinin qərargahları, hissələri da hədəf alına bilər”.