İran fevralın 3-dən etibarən quru yolla Suriyaya ziyarəti qadağan edib.
APA-nın məlumatına görə, buna səbəb son bir ay ərzində qonşu ölkəyə ziyarətə gedən 22 iranlı zəvvarın qaçırılmasıdır. İran Təhlükəsizlik Qüvvələri Pasport və Əcnəbilər Polisi İdarəsinin rəisi, general Mahmud Sadiqi bildirib ki, bundan sonra Suriyaya gedən iranlı zəvvarlardan hava yolundan istifadə etmək və qonşu ölkənin İranın Həcc və Ziyarət Təşkilatının nəzarətindəki karvanlarla getmək tövsiyə olunub.