“ABŞ və digər dövlətlər bilsinlər ki, bizim hərbi təhdid və neft sanksiyalarına qarşı veriləcək cavabımız var”.
APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu fikirləri İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyi Tehran Universitetində cümə xütbəsi zamanı bildirib. Ali dini lider ABŞ-ın “İranla əlaqədar bütün variantlar masada” təhdidinə işarə vuraraq deyib ki, İranı döyüşlə təhdid etmək ABŞ-ın zərərinədir: “Amma gerçək bir döyüş on qat daha çox ABŞ-ın zərərinədir. İfadə və məntiq baxımından qiymətləndirildiyində təhdid ABŞ-ın acizliyinin göstəricisidir. Bu təhdidlər göstərir ki, ABŞ-ın qan tökməkdən başqa üsulu yoxdur. Bu gedişat isə ABŞ-ın etibarını sarsıdacaq”.