POPULYARXƏBƏRLƏR

Rusiyalı ekspert Aleksandr Skakov: “İranla müharibə uzanarsa, Azərbaycan bundan öz xeyrinə istifadə edib işğal altında olan torpaqlarını geri qaytara bilər”

Ruben Safrastyan: “ABŞ-ın İrana hərbi müdaxiləsi Azərbaycanın Dağlıq Qarabağda hərbi əməliyyatlara başlamasına gətirib çıxaracaq”

Sevak Saruxanyan: “Qərb ölkələrinin İrana qarşı sanksiyaları artıq Ermənistana öz təsirini göstərib”


Moskva. Fərid Əkbərov – APA. “ABŞ-ın İrana hərbi müdaxiləsi Azərbaycanın Dağlıq Qarabağda hərbi əməliyyatlara başlamasına gətirib çıxaracaq”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu sözləri erməni politoloq, Ermənistan Milli Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru Ruben Safrastyan “Ria Novosti” agentliyində keçirilən “Böyük Qafqaz” hədə və sankisyaların təzyiqi altında: İran faktoru” adlı Moskva-İrəvan videokörpüsündə çıxışı zamanı söyləyib. Erməni politoloqun sözlərinə görə, ABŞ-ın İranla müharibəyə başlamasının ən böyük mənfi təsiri Ermənistana olacaq: “Çünki İran Ermənistan üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan İranda baş verənlərdən istifadə edib Dağlıq Qarabağda hərbi əməliyyatları bərpa edəcək”.

Digər erməni politoloq Sevak Saruxanyan İranın regionda təhlükəsizlik baxımından açar rolunu oynadığını söyləyib. Onun sözlərinə görə, Qərb ölkələrinin İrana qarşı sanksiyaları artıq Ermənistana öz təsirini göstərib: “İranın Ermənistanla birgə iqtisadi layihlərinin gerçəkləşməsi şübhə altına düşüb. Bura dəmir yolu, elektrik stansiyasının tikilməsi və.s layihələr daxildir. Sanksiyaların davam edəcəyi və müharibə başlayacağı təqdirdə İran öz büdcəsindən Ermənistana ayırdığı pulları kəsmək məcburiyyətində qalacaq”.

İrəvan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin dekanı Vardan Voskanyan İranda müharibənin başlanmasının ən çox Azərbaycana təsir edəcəyini söyləyib. O, buna səbəb kimi İranın şimalında Azərbaycan türklərinin yaşamasını göstərib: “Ona görə də, bu insanlar Azərbaycana üz tutacaqlar”.

Rusiyalı politoloq, Rusiya Elmlər Akademisyası Şərqşünaslıq İnstitunun əməkdaşı Aleksandr Skakov İranda müharibənin başlayacağı təqdirdə Azərbaycanın Dağlıq Qarabağda hərbi əməliyyatları bərpa etməsini məntiqli addım sayır. Politoloq APA-nın Moskva müxbirinə açıqlamasında bildirib ki, Azərbaycan yüksək səviyyədə hərbi gücə malik olmasına baxmayaraq Dağlıq Qarabağ problemini qısa müddət ərzində həll edə bilməyəcək: “Çünki beynəlxalq ictimaiyyət də buna imkan verməyəcək. Onların müdaxiləsindən sonra Dağlıq Qarabağda sülhməramlılar yerləşdiriləcək. Region de-fakto işğal altında sayılacaq. Çox güman ki, Azərbaycan öz məcburi köçkünlərini Dağlıq Qarabağ ətrafında olan rayonlara geri qaytarmaq imkanını qazanacaq. İranla müharibənin müddəti uzanarsa və bunun nəticəsində regionda xaos yaranarsa, bu zaman Azərbaycan bundan öz xeyrinə istifadə edib işğal altında olan torpaqlarını geri qaytara bilər“.

A. Skakov bildirib ki, ABŞ-ın Suriya ilə problemi həll olunmayınca, İranla müharibə başlamayacaq: “Yəni Suriyada hakimiyyət dəyişikliyi baş verməyənə kimi İrana hərbi müdaxilədən söz gedə bilməz. Suriyada rejim dəyişiləndən bir ay sonra ABŞ İrana müharibə elan edəcək”.



Yerləşdirilib:2 Fevral, 2012  18:59, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com