Türkiyənin ana müxalifət partiyası CHP-nin lideri Kamal Kılıçdaroğlu, “CNN Türk” televiziyasında yayımlanan "Tərəfsiz region" proqramının qonağı olub. SalamNews-un “İhlas” agentliyinə istinadla verdiyi xəbərə görə, proqramda bəzi sualları cavablandıran Kılıçdaroğlu, Baş nazir Rəcəb Tayyib Ərdoğanın dünənki açıqlamaları ilə bağlı fikrini də bildirib.
Ərdoğanın ''Mühafizəkar-demokrat partiya olaraq, gəncliyi də mühafizəkar və demokratik ruhda yetişdirməliyik. Sən bizdən ateist bir nəsil yetişdirməyimizi gözləyirsən?” ifadəsi ilə bağlı Kılıçdaroğlu deyib: ''Biz nə vaxt dindar bir nəsil yetişməsinə qarşı çıxmışıq? Mən ona ən yaxşısı bu sualı verim: bu nəsildən əvvəlki nəsillər dinsiz idi? Bunun, mənası budur. Belə şeyi bir baş nazir necə söyləyə bilər? Tam tipik ayrı-seçkilikdir. Bu açıqlamanı verən baş nazir tutduğu vəzifəni tərk etməlidir. İnsanlara dinini necə öyrənəcəyini zorla təlqin etmək olmaz. Rəcəb Tayyib Ərdoğan bu ölkədə din ticarəti ilə məşğuldu”.