İcərişəhər “Cümə” məsçidi dini icmasının, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin (DEVAMM) və İmam Sadiq (ə) adına İslam Maarıfi Akademiyasının təşəbbüsü və Deyerler.org-un informasiya dəstəyilə elmi-intellektual yarış – "Mövlud Olimpiadası" keçiriləcək.
SalamNews deyerler.org saytına istinadən xəbər verir ki, yarış Məhəmməd peyğəmbərin (s) mövlud gününə həsr edilib.
Bildirək ki, bu, sayca 5-ci "Mövlud Olimpiadası"dır. İlk dəfə bu tədbir 2008-ci ildə keçirilib.
"Mövlud Olimpiadası"nın yarış mövzuları müxtəlif bilgi sahələrini əhatə edəcək.
Yarışda qatılmaq istəyənlər [email protected] ünvanına yazaraq, burada iştirak istəyini, özü barədə qısa məlumatı (ad, soyad, təhsil, hobbi), əlaqə telefonlarını, e-mail ünvanını bildirməlidir. Qeydiyyat müddəti fevral ayının 4-ü saat 15.00-a qədərdir.