Misirdə Port-Səidin «El Masri» və «El Ehli» futbol komandaları arasındakı görüşdən sonra azarkeşlərin meydançaya daxil olması nəticəsində yaranan qarşıdurmada ölənlərin 74-ə çatıb, mindən artıq insan isə yaralanıb. Bu barədə APA CNNTürk-ə istinadən məlumat verir
Bir qrup azarkeş stadionu yandırıb, başqa bir qrup azarkeş isə stiadiondan çöldə hökumət əleyhinə aksiyaya başlayıb.
Ölənlər arasında futbolçuların olub-olmadığı bilinmir.
Hərbçilərin qonaq komandanı stadiondan çıxarmaq istədiyi, lakin hələlik buna nail olmadığı da Misir mətbuat orqanlarının verdiyi xəbərlər sırasındadır.