Böyük müsəlman filosofu Farabini hökmdar saraya çağırır.

Elmi söhbətlərdən sonra məclis əhlinin dincəlməsi üçün musiqiçiləri dəvət edirlər. Farabi musiqiçilərə iradlarını bildirib, hər birinin səhvini deyir. Sonra öz çantasından uda bənzər musiqi alətinin hissələrini çıxarır. Əvvəlcə onları müəyyən qaydada birləşdirir və alınan alətdə bir hava çalır. Məclis əhlinin hamısı musiqidən şadlanıb sevinir. Sonra Farabi alətin hissələrinin quruluşunu dəyişdirir və bu dəfə ifa etdiyi musiqi ilə hamını ağladır. Üçüncü dəfə musiqinin təsirindən bütün məclisdəkilər, hətta gözətçilər də yuxuya gedirlər.
Bu alətin qanun (kanon) olduğunu söyləyirlər.