Fransa Senatı tərəfindən təsdiqlənən qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi Konstitusiya Şurasının icraatında olduğu üçün, qanunun qüvvəyə minməsi müvəqqəti olaraq dayandırılıb.
SalamNews-un "Cihan" agentliyinə istinadla verdiyi xəbərə görə, şuranın qanun haqqında qərar vermək üçün bir ay vaxtı var. Ancaq hökumət tələb etdiyi təqdirdə, qərar 8 gün ərzində çıxarıla bilər. Buna görə də hakim partiyadan olan deputatlar Erik Straumann və Jan Filip Maurer prezident Sarkoziyə məktub göndərərək prosesin sürətləndirilməsini istəyib.
Deputatlar yüksələn təzyiqi zəiflətmək üçün Sarkozini bu prosesə müdaxilə etməyə çağırıblar və qərarın 8 gün ərzində qəbul edilməsinin çox vacib olduğunu vurğulayıblar.
Hökumət tələb etsə, Konstitusiya Şurası 8 gün ərzində qərar qəbul etmək məcburiyyətində qalacaq.