Bu gün, hicri qəməri tarixi ilə Rəbiyül-əvvəl ayının 8-də, müsəlmanların 11-ci imamı Həsən Əskərinin (ə) şəhadət günüdür.
Imam hicri qəməri tarixi ilə 232-ci il Rəbiyüs-sani ayının 8-də Mədinədə dünyaya göz açıb.
İmam Həsən Əskərinin (ə) imamlıq dövrü, atası, imam Əliyyən Nəqi (ə) şəhadətə yetişdikdən sonra, hicrətin 254-cü ilindən etibarən başlayıb və 6 il davam edib.
İmam Həsən Əskəri (ə) hicrətin 260-cı ili Rəbiyül-əvvəl ayının 8-də Abbasilərin 14-cü xəlifəsi Mötəməd tərəfindən şəhid edilib.
İmamın mübarək məzarı İraqın Samirra şəhərindədir.
Bü hüznlü, Həsən Əskərinin (ə) şəhadətə yetişdiyi gündə bütün dünya müsəlmanlarına başsağlığı veririk.