POPULYARXƏBƏRLƏR

Türkiyənin Avropa İnsan Haqları Məhkəməsindəki keçmiş hakimi: “Azərbaycan vətəndaşları Ermənistana qarşı qaldırdıqları iddianın üzərində qətiyyətlə durmalıdır”

Rza Türmən: “Azərbaycanı tərk edən bəzi ermənilərin də AİHM-ə şikayətləri var, ancaq o şikayətlərin əsası yoxdur, çünki onlar hər hansı işğal nəticəsində yurd-yuvalarını tərk etməyiblər”

Ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının (CHP) İzmir millət vəkili, Türkiyənin Avropa İnsan Haqları Məhkəməsindəki (AİHM) keçmiş hakimi Rza Türmənin APA-ya müsahibəsi.

- Fransa Senatının məlum qərarından sonra Türkiyə Cümhuriyyəti vətəndaşlarının və Avropadakı türklərin ən çox müraciət edəcəyi yerin Avropa İnsan Haqları Məhkəməsi olacağı aydınlaşıb. AİHM-dəki uzunmüddətli iş təcrübənizə əsasən bu proses barədə nə demək istərdiniz?

- Burada söhbət əsas etibarilə Fransanın düşüncə azadlığına məhdudiyyət qoymasından gedir. Ona görə də bundan sonra atacağımız addımların məcrası da bu istiqamətdə olacaq. Bilirsiniz ki, daha əvvəl İsveçrənin buna bənzər qərarı olmuşdu və İşçi Partiyasının sədri Doğru Pərinçək 2005-ci ilin iyulunda Lozannada “Erməni soyqırımı beynəlxalq yalandır”- dediyinə görə cəza almışdı. D. Pərinçəkin Avropa İnsan Haqları Məhkəməsinə şikayəti ilə bağlı proses davam edir. Türkiyə də o prosesdə öz mövqeyini Strasburqa bildirib. Burada 2 yol var:

1) Şəxslər Fransa Senatının qərarı barədə AİHM-ə şikayət edə bilərlər;

2) Türkiyə dövləti Fransa dövlətini fikir və düşüncə azadlığını cəza yoluyla məhdudlaşdırmağa cəhd etdiyinə görə məhkəməyə verə bilər.

Beynəlxalq təcrübədə dövlətlərin bir-birlərini AİHM-ə şikayət etməsi faktlarına az rast gəlinir, çünki bir dövlətin başqa dövlətə qarşı iddia qaldırması iki ölkə arasındakı münasibətlərə istər-istəməz pis təsir edər. Dövlətin dövlətə qarşı AİHM-də iddia qaldırması üçün daxili hüquq yollarının bitməsini gözləmək lazım gəlmir; məsələn, Sarkozi bu qanunu təsdiq etdikdən sonra 6 ay içində türk dövləti Fransaya qarşı AİHM-də iddia qaldıra bilər. Ona görə də şəxslərin AİHM-ə müraciət etməsi yolunun bundan sonra da aktual olacağını düşünürəm. Türkiyə Cümhuriyyəti vətəndaşları və ya Avropadakı türklər Fransada “soyqırım olmamışdır”-deyəndən sonra məhkəmə onları cəzalandıra bilər və qərarın qətiləşməsindən sonra 6 ay içində o insanlar AİHM-ə müraciət edə bilər. Dövlət vətəndaşlarının AİHM-ə müraciətində tərəf olacaq və məhkəmə dövlətin də mövqeyini soruşacaq ki, dövlətin vətəndaşın mövqeyini müdafiə etməsi nəticəsində vətəndaşın prosesdə qalib gəlmə ehtimalı artacaq. Doğu Pərinçəkin AİHM-də İsveçrəyə qarşı qaldırdığı iddia Türkiyənin nöqteyi-nəzərindən çox önəmlidir. O proses hələlik nəticələnməyib, onun Pərinçəkin lehinə nəticələnməsi durumunda çox şeyin Türkiyənin xeyrinə dəyişəcəyini söyləyə bilərik. Ona görə də, məncə Fransadan AİHM-ə şikayətlər vermək üçün Pərinçəkin şikayətinin nəticəsini gözləmək yaxşı olardı. Pərinçəkin iddiası AİHM-in nöqteyi-nəzərindən də çox önəmlidir, çünki AİHM İsveçrə məhkəməsinin qərarını “fikir və düşüncə azadlığına məhdudiyyət qoymaq” kimi dəyərləndirsə, bu, məhkəmənin tarixindəki mühüm qərarlardan biri olacaq. AİHM indiyə qədər tarixi hadisələrlə bağlı qərarlar qəbul edib. Ancaq 1915-ci il hadisələrinə “soyqırım olmamışdır” - deyənləri cəzalandıran bir məhkəmənin hökmünə dair ilk dəfə qərar qəbul edəcək və inanıram ki, qərarı qəbul edərkən həm fikir və düşüncə azadlığının məhdudlaşdırılmasını nəzərə alacaq, həm də 1915-ci il hadisələrinə fərqli bir nöqteyi-nəzərdən yanaşacaq. Çünki:

1) Tarixi hadisələrlə bağlı parlamentlərin qərar qəbul etməsi hadisələrə siyasi mahiyyət yükləyir;

2) İkinci dünya savaşında yaşanmış yəhudi soyqırımından fərqli olaraq 1915-ci il hadisələrinin “soyqırım” olmasıyla bağlı heç bir məhkəmə qərarı yoxdur.

Ona görə də AİHM-in öz qərarında bu nöqtələrə xüsusi diqqət yetirəcəyinə inanıram.

- Buraya qədər Avropa ən yüksək məhkəməsinin keçmiş hakimi kimi danışdınız. İndi isə siyasətçi kimi bir suala cavab verməyinizi istərdim. Bilirsiniz ki, Azərbaycan torpaqlarının 20%-i uzun illərdən bəri Ermənistanın işğalı altındadır. ATƏT-in Minsk Qrupu bu işi sülh yolu ilə həll etmək missiyasını öz üzərinə götürsə də, 20 ildən bəri Azərbaycanın bir qarış torpağı da erməni işğalından azad edilməyib. Fransa da Minsk Qrupunun 3 üzvündən biridir. Sizcə, Fransa Senatının son qərarı bu ölkənin Minsk Qrupundakı fəaliyyətinin obyektivliyini və bitərəfliyini kölgə altına almırmı? Senatın məlum qərarından sonra Fransanın könüllü şəkildə Minsk Qrupundan çıxması lazım gəlmirmi?

- Fransa Türkiyəyə qarşı qərar qəbul edərkən siyasi motivlərlə hərəkət edib. Seçki ərəfəsindəki o siyasi motiv nədən ibarətdir? Ölkədəki ermənilərin səslərini prezident Sarkozi öz tərəfinə çəkmək istəyir. Deməli, Fransa erməni lobbisinin səslərinə ehtiyac hiss edərək belə bir qanunu parlamentdən keçirə bilirsə, başqa məsələlərdə erməni lobbisinin təsiri altında qalması ehtimalı çox yüksəkdir. Türkiyə kimi önəmli bir müttəfiqinə və ticarət tərəfdaşına qarşı bu addımı atan Fransa, başqa məsələlərdə eyni şeyi etməyəcəkmi? Bu sual istər-istəməz insanın ağlına gəlir. Türkiyənin qəlbini qırmaq bahasına bir qərar qəbul edə bilən Fransa eyni şeyi Azərbaycana qarşı etməyəcəkmi? Oradakı erməni lobbisi fransız siyasətini müəyyən tərəfə doğru yönəldən bir qüvvədir, ona görə də Dağlıq Qarabağ məsələsinin həllində erməni lobbisinin Fransanı subyektiv istiqamətə apara biləcəyinə dair narahatlıqlar məncə haqlıdır. Ona görə də Fransanın özünün Minsk Qrupundakı üzvlüyünü gözdən keçirərək oradan ayrılması lazımdır.

- AİHM-ə şəxsi şikayətlərdən bəhs etdiniz. Ermənistanın işğalı nəticəsində 1 milyon azərbaycanlı ata-baba yurdundan didərgin düşüb və işğal durumu davam edir. 2004-cü ildə Kiprin cənub tərəfindən Loizidu adlı bir qadın Türkiyəyə qarşı AİHM-də 1 milyon avro təzminat iddiası qaldırdı və qalib gəldi. Azərbaycanlı qaçqınların bu günə qədər AİHM-ə bu cür təzminat şikayətlərinə çox da şahid olmadıq...

- Şikayətlər edildi. Bəzi Azərbaycan vətəndaşları AİHM-ə şəxsi yolla şikayət etdilər. Loizidunun şikayətində AİHM Türkiyənin əleyhinə ona görə qərar qəbul etdi ki, adanın şimal hissəsində 35 min türk əsgəri olduğunu vurğuladı. Bu, o deməkdir ki, adanın şimal qismindəki vəziyyətə türk ordusu nəzarət edir və məsuliyyət daşıyır, ona görə də Loizidunun 1974-dən bəri şimalda qalmış mal-mülkünə görə ona 1 milyon avro ödənilməsinə qərar verildi. Ermənistan həm Dağlıq Qarabağı işğal edib, həm də Qarabağdan kənarda qalan Laçın, Kəlbəcər və digər rayonlara birbaşa hərbi nəzarət edərək o torpaqlar üzərində birbaşa məsuliyyət daşıyır. Azərbaycanı tərk edən bəzi ermənilərin də AİHM-ə şikayətləri var, ancaq o şikayətlərin əsası yoxdur, çünki onlar hər hansı işğal nəticəsində yurd-yuvalarını tərk etməyiblər. Azərbaycan vətəndaşları bu məsələdə haqlıdırlar, ona görə də şikayətlərinin arxasında qətiyyətlə durmalıdırlar. O iddiaları udmaq Azərbaycanın baxımından çox önəmli hadisə olacaq.



Yerləşdirilib:1 Fevral, 2012  18:23, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com