Oqtay Əsədov: “Biz müəyyənləşdirməliyik ki, Fransanın həmsədrlikdən uzaqlaşdırılmasının hüquqi forması necədir”
Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında bir neçə deputat Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırılmasını təklif edib. APA-nın xəbərinə görə, Milli Məclisin sədri Oqtay Əsədov bu təkliflərə münasibət bildirərkən deyib ki, Fransa uydurma “erməni soyqırımı” ilə bağlı qanun qəbul etməklə həmsədrlik üçün mənəvi haqqını itirib, lakin hüquqi haqqını itirməyib: “Biz müəyyənləşdirməliyik ki, Fransanın uzaqlaşdırılmasının hüquqi forması necədir. Bu, bizim istəyimizdən asılı məsələ deyil”.