Fevral ayının 13-də bütün dünyadan müsəlman elitası nümayəndələri Salamworld-un İlk Beynəlxalq Sammitində iştirak üçün İstanbula yığışacaqlar.

Salamworld islam dəyərləri üzərində qurulan yeni və unikal İT layihə olaraq bu ilin Ramazan ayında (avqust 2012) işə salınacaqdır.
Hər il keçirilməsi planlaşdırılan bu Beynəlxalq Sammitin məqsədi müsəlman alimləri, ictimai xadimləri, İnternet sahəsində mütəxəssisləri və məhşurlarının, bu ambisioz İslam yönümlü İT layihəsini dəstəkləmək sahəsindəki fəaliyyətlərini əlaqələndirməkdir.
Sammitdə yüksək səviyyəli qonaqlar və dövlət məmurlarının da iştirakı gözlənilir.