Türkiyə Prezidenti Abdulla Gül, Suriya Prezidenti Bəşər Əsədin gələcək aqibətinin bəlli olduğunu söyləyib.
SalamNews-un "Yeni Şafak"a istinadla verdiyi xəbərə görə, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdə olan Gül, daxili qarşıdurmaların baş verdiyi Suriya ilə bağlı jurnalistlərə əhəmiyyətli açıqlamalar verib. O deyib: "Təəssüf ki, Suriyada baş verəcək hadisələr artıq qaçılmazdır.
Bəziləri zənn edir ki, biz Suriyada müharibə başlamasını istəyirik. Bu ölkədə prezidentin başçılığı ilə köklü dəyişikliklərin reallaşması üçün Türkiyə əlindən gələni etdi. Bizim bir yalvarmağımız qaldı. Kədərlənirik, amma təəssüf ki, Suriya qaçılmaz bir nöqtəyə gəlib. İndi əsas məsələ, bu durumun uzun müddət davam etməməsidir.
Belə vəziyyətə düşən istənilən ölkənin sonu yoxdur. Düzü, xarici müdaxilələri arzu etmirik. Təkid edirik ki, bölgə ölkələri bölgələrinə sahib çıxsınlar. Bu da reallaşır. Ərəb Dövlətləri Liqası çərçivəsində işlər gedir. Türkiyə də liqa ilə sıx əməkdaşlıq edir".