Ötən gün ərzində Suriyada hökumət əleyhinə nümayişlərin iştirakçıları və hüquq mühafizə qüvvələri arasında baş verən silahlı toqquşmalar nəticəsində 100-ə yaxın insan həlak olub.
Hüquq müdafiəçilərinin məlumatlarına görə, ölənlərin 55-i dinc sakindir.
SalamNews RİA “Novosti”yə istinadən xəbər verir ki, Homs şəhərində 40 nəfərin, Deraa şəhərində 9 nəfərin, Dəməşqin şəhərətrafı qəsəbələrində 5 nəfərin və İdlib şəhərində 1 nəfərin qətli haqqında məlumat verilib.
Həlak olanların 25-i hərbiçi, 10-u ordunun sıralarını tərk edərək müxalifətçilərə qoşulanlar, 6-ı isə hüquq mühafizə orqanlarının əməkdaşlarıdır.