Fransa Senatında uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunun ləğvi məqsədilə Konstitusiya Şurasına müraciət etmək üçün tələb olunan minimum 60 imzanın toplandığı açıqlanıb.
APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, müraciətə 72 senator imza atıb. Artıq senatorların müraciəti Konstitusiya Şurasına təqdim edilib.
Xatırladaq ki, yanvarın 23-də Fransa Senatı tərəfindən qəbul olunan qanun hələlik prezident Nikola Sarkozi tərəfindən imzalanmayıb.