Pakistanın Əfqanıstanla sərhəd bölgəsində silahlı qarşıdurma zamanı 50 nəfər həlak olub
APA-nın məlumatına görə, Pakistanın Kurram vilayətinin Joqi yaşayış məntəqəsində Taliban qüvvələrinin polis bölməsinə hücum etməsi nəticəsində 40 terrorçu və 10 hərbçi ölüb. Pakistan təhlükəsizlik qüvvələrinin verdiyi məlumata görə, silahlı insident zamanı 32 hərbçi yaralanıb.
Qeyd edək ki, Pakistan ordusu Taliban qüvvələrinin aktiv olduğu Kurram vilayətində iyul ayından etibarən hərbi əməliyyatlar aparır.