“Hicaba azadlıq” aksiyasında tutulan Tale Bağırov, Məmməd Əsgərov və Zaur İsgəndərovun apellyasiya məhkəməsi keçirilib.
SalamNews-un məlumatına görə, vəkil Anar Qasımlı Nərimanov Rayon Məhkəməsinin Tale Bağırov üçün çıxardığı 1 il 6 ay azadlıqdan məhrum etmə qərarı qanunsuz olduğuna və müvəkkilinin günahsız olmasının sübuta yetirdiyinə görə Bakı Apellyasiya Məhkəməsinin bəraət qərarı verməsi üçün müraciət edib.
Vəkilin sözlərinə görə, məhkəmənin növbəti iclası fevral ayının 6-na təyin olunub.
Xatırladaq ki, 2011-ci il dekabrın 23-də hakim Turqay Hüseynov Hacı Tale Bağırova 1 il 6 ay, Elşən Abbasova isə 1 il azadlıqdan məhrrumetmə cəzası təyin edib.
“Hicab Azadlıq” aksiyası bu il mayın 6-da Təhsil Nazirliyi qarşısında keçirilib. Aksiya ilə bağlı Bakı Şəhər Prokurorluğunda iş açılıb.