Suriya qiyamçıları ölkə prezidenti Bəşər Əsədin ailəsinin ölkəni tərk etməsinə mane olublar
SalamNews-un "lenta.ru"ya istinadən verdiyi xəbərə görə, Suriya təhlükəsizlik qüvvələri prezidentin həyat yoldaşı Əsma Əsəd, uşaqları, anası və digər qohumunu Dəməşqdən çıxarmağa çalışıblar.
Bir neçə avtomobildən ibarət karvan hava limanı istiqamətində hərəkət edərkən qiyamçıların hücumuna məruz qalıb. Nəticədə atışma baş verib və maşınlar prezidentin iqamətgahına qayıtmaq məcburiyyətində qalıblar.
Bildirək ki, Dəməşq ətrafında hökumət qüvvələri ilə müxalifət arasında toqquşamalar davam edir. Hazırda hökumət qüvvələrinin şəhərətrafı ərazilər üzərində nəzarəti ələ keçirdikləri bildirilir.