İranda yeni "A-1" pilotsuz təyyarə modeli yaradılıb. Bu təyyarə 10 min fut yüksəklikdə qarşısına qoyulan vəzifələri yerinə yetirə bilər, həmçinin 5 kiloqrama qədər çəkisi olan avadanlıq daşımaq iqtidarındadır. Bu barədə iranlı təyyarə mühəndisi Mehdi İraci bildirib.
SalamNews FarsNews-a istinadən xəbər verir ki, cihaz 2 saat müddətində uçuş həyata keçirə bilər. Təyyarə mühəndisi bildirib ki, "A-1" radioelektrik sistem, rəngli fotokamera, səslərə və kimyavi əşyalara reaksiya verən sensorlarla təchiz olunub.
"Pilotsuz təyyarənin mühərriki yağ əlavəsi olan benzinlə çalışır. Cihazın yeni modeli daha səmərəli, daha texnoloji və yüksək keyfiyyətlidir. Əvvəlki modellərlə müqayisədə, "A-1" daha yüksək funksional parametrlərə malikdir", - M.İraci deyib.