Yaxın zamanlarda İran yerli istehsal olan yeni patrul-kəşfiyyat təyyarəsi və qanadlı raketi nümayiş etdirəcək.
SalamNews-un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, İranın müdafiə naziri Əhməd Vahidi bu və digər silahların, həmçinin, İran istehsalı olan elektron cihazların fevral ayında İslam İnqilabının 34-cü ildönümünə həsr edilən mərasimdə nümayiş etdiriləcəyini deyib.
Onun sözlərinə görə, yeni silah yüksək hündürlükdən müasir optik cihazlar vasitəsilə geniş ərazilərə nəzarət zamanı və silah daşınmasında istifadə oluna bilər.
Yeni silah nümunələrinin artıq kütləvi istehsalına başlanılıb və onlar yaxın zamanlarda ordunun silahlanmasında istifadə olunacaq.
Bildirək ki, bu bəyanat İran ilə ABŞ arasında vəziyyətin gərginləşdiyi bir dövrə təsadüf edib.